İran Azərbaycan və Ermənistanın saxlanılanların azad edilməsi haqqında birgə bəyanatını alqışlayır

İran Azərbaycanın və Ermənistanın girovların azad edilməsi haqqında birgə açıqlamasını alqışlayır.

Bu sözləri Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Nasir Kənani bu gün Tehranda keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, İran iki yaxın qonşusu arasında sülh prosesini dəstəkləyir və girovların azad edilməsini sülhə doğru atılmış müsbət addım hesab edir.

N. Kənani diqqətə çatdırıb ki, rəsmi Tehran Qafqaz regionunda sülhün davamlı xarakter almasına töhfə verməyə hazırdır. Buna nail olmaq üçün regional tərəflər arasında etimad mühitinin yaranması vacibdir.

“Ümid edirik ki, bu tədbirlər iki tərəf arasında sülhə və sabitliyə gətirib çıxaracaq. İran regional sülh və təhlükəsizlik üçün hər iki ölkəyə kömək etməyə hazırdır”, – deyə İran XİN rəsmisi qeyd edib(azərtac).

Əvvəlki məqalə

Külli miqdarda pirotexniki vasitələrin topdan satışını həyata keçirən şəxs saxlanılıb

Sonrakı məqalə

Azərbaycanda 58 faiz ev təsərrüfatı genişzolaqlı internetə qoşulub