“İran bilsin ki, belə hədə-qorxularla Azərbaycanı qorxutmaq olmaz” –ETİBAR MƏMMƏDOV PREZİDENTİ DƏSTƏKLƏDİ

 

“Ölkə başçısının İranla bağlı sərt çıxışının kifayət qədər səbəbi var”. 
Azpost.info bildirir ki, bunu moderator.az-a açıqlamasında Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında Tehran rejimi ilə bağlı sərt açıqlamasına münasibət bildirərkən söyləyib.
“Yəni rəsmi Tehranın bizimlə bağlı son vaxtlar apardığı siyasəti düşmənçilik siyasəti səviyyəsinə qaldırması, çıxışlarında savaş ritorikası ifadə etməsi və şifahi bəyanatlarla da yekunlaşmayıb birbaşa Azərbaycanla sərhəd ərazilərdə hərbi təlimlərə keçməsi, başqa sözlə, dövlətimizə hərbi hədə-qorxu gəlməsi ölkə başçısının belə adekvat bəyanat verməsinə yetərincə əsas verir.  Qoy İran rejimi bilsin ki, belə hədə-qorxular gəlməklə Azərbaycan dövlətini, xalqını nə qorxutmaq olar, nə də tutduğu haqlı və ədalətli mövqeyindən geri çəkindirmək olar”-  deyə istiqlalçı deputat vurğulayıb.
Əvvəlki məqalə

Seneqal Qətəri məğlub edib –

Sonrakı məqalə

SOCAR prezidenti Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb