“İran casusu Prezidentə sui-qəsd hazırlamışdı, qarşısını aldıq” –Sabiq general məhkəmədə günahsız olduğunu dedi / "MTN işi"

Ləğv edlimiş MTN-nin sabiq əməkdaşları Mövlam Şıxəliyev, Yasin Məmmədov və Sahib Ələkbərovun apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Azpost.info bildirir ki, Mövlam Şıxəliyev məhkəməyə müraciət edərək günahsız olduğunu deyib.

“Mənim müstəntiqlərin işinə müdaxilə etməyə, göstəriş verməyə heç bir səlahiyyətim olmayıb. Biz hərbi təşkilat deyildik. Mən şöbəyə daxil olan sənədlərin təsdiqlənməsinə rəhbərlik edirdim.  Nə baş prokrur, nə də Rüstəm Usubov mənə heç bir qeyri-qanuni göstəriş verməyib. Mənim günahım yoxdur”-deyə o bildirib.

M.Şıxəliyev ona qarşı sürülmüş rüşvət ittihamını rədd edib. O, mükafatlarının və rütbəsinin əlindən alınmasına etiraz edib: “Siz bilirsinizmi, Prezidentə qarşı sui-qəsdin qarşısını almışıq? İran casusu Heydər Əliyev Mərkəzi ilə üzbəüz evi kirayə götürmüşdü, snayper dövlət başçısını öldürmək istəyirdi. Vüsal Ələkbərov və Sahib Ələkbərovun sayıqlığı nəticəsində bu sui-qəsdin qarşısı alındı.  Biz 12 qətl törətmiş Hacı Məmmədovu məsuliyyətə cəlb etdik. Biz Elmar Hüseynovun qatillərini müəyyən etdik, onları axtarışa verdik. Biz “Meşə qardaşları”, “Sumqayıt camaatı”, Nardaranda İran casuslarını ifşa etdik. Bütün bunlara görə, rütbə, orden və medallar aldıq”.

Sabiq general həmçinin əmlakının müsadirə olunmasından narazlıq edib. O deyib ki, əmlakının bir hissəsi ona dəd-babdan varislik yolu ilə çatıb.

Zərəçəkmiş Hüseyn Səfərov Şıxəliyevi tənqid edib və onu “xəyanətkar” adlandırıb.

Məhkəmə fevralın 6-da davam edəcək.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.