İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və onun mühafizəçisi Tehranda öldürülməsi ilə bağlı istintaqa başlayıb.
Azpost.info Tasnim Agentliyinə istinadən bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Nəticələr tezliklə ictimaiyyətə təqdim olunacaq. “Hadisənin səbəbi və miqyası araşdırılır və araşdırmanın nəticələri daha sonra açıqlanacaq”, – agentliyin açıqlamasında deyilir.
Fələstinin HƏMAS hərəkatı hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehrandakı iqamətgahına İsrailin hücumu nəticəsində ölüb.
İyulun 30-da Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib.