İran ilk dəfə olaraq Hörmüz boğazından keçən gəmilərdən toplanan rüsumlardan gəlir əldə etməyə başlayıb.
Azpost.info bildirir ki, bu barədə İran Parlamentinin sədr müavini Hacı Babayi bəyan edib.
Onun sözlərinə görə, ilk vəsait artıq İran Mərkəzi Bankının hesabına köçürülüb. Beləliklə, Tehran qlobal neft ticarəti üçün ən vacib dəniz yollarından birinin nəzarətindən faktiki olaraq mənfəət əldə etməyə başlayıb.
“Hörmüz boğazında rüsumlardan əldə edilən ilk gəlir mərkəzi bank hesabına köçürülüb”, – Fars xəbər agentliyi onun sözlərini sitat gətirib.
Bu arada, İran ABŞ atəşkəsi pozmağa davam etdiyi müddətcə Hörmüz boğazını tam açmayacağını açıq şəkildə bildirib. Bunu İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib. O, dəniz blokadası davam etdirilərsə və gəmilər ələ keçirilərsə, atəşkəsin mənasız olduğunu bildirib.