İran “Krokus” terrorundan əvvəldən xəbərdar olub və məlumatı Rusiya ilə paylaşıb- "Reuters"

İran “Krokus Siti”dəki faciədən bir müddət əvvəl Rusiyaya mümkün terror aktı barədə xəbərdarlıq edib.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən yazıb.

Hücumdan bir neçə gün əvvəl Tehran bu məlumatı Moskva ilə paylaşıb.

Agentlik qeyd edir ki, terror aktı ilə bağlı məlumatı SEPAH generalı Qasım Süleymaninin xatirəsinə həsr olunmuş yas mərasimlərində baş verən partlayışlarla əlaqədar həbs olunanların dindirilməsi zamanı əldə edib. “Reuters”ə danışan mənbə bildirib ki, İran uzun illər terror hücumlarının qurbanı olduğundan, həbs edilmiş terrorçulardan alınan məlumatlar əsasında Moskvanı xəbərdar etmək vəzifəsini yerinə yetirib.

Agentlik yazır ki, İran tərəfinin məlumatında terror aktının yeri və vaxtı ilə bağlı konkret bilgi yoxdur. Tehran yalnız onu öyərənib ki, İŞİD üzvlərinə Rusiyada genişmiqyaslı əməliyyata hazırlaşmaq tapşırılıb. Həmçinin terrorçulardan biri bir neçə yaraqlının artıq Rusiyaya getdiyini bildirib .

Azpost.info

Əvvəlki məqalə

Amerikalı hərbi mütəxəssislər təlim keçmək üçün Ermənistana gəlib

Sonrakı məqalə

Daxili su hövzələrində sənaye balıq ovu qadağan edilir