İran millisi 1/4 finala vəsiqə qazanıb –Asiya Kuboku

Futbol üzrə Asiya Kubokunda 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.

1/4 finala son vəsiqə uğrunda İran və Suriya yığmaları üz-üzə gəlib. Əsas və əlavə vaxtı 1:1 başa çatan matç penaltilər seriyasına gedib. Burada daha dəqiq oynayan iranlılar növbəti raunda vəsiqə qazanıblar – 5:3.

Qeyd edək ki, daha əvvəl Avstraliya, Tacikistan, İordaniya, Qətər, Özbəkistan, Cənubi Koreya və Yaponiya milliləri 1/4 final mərhələsinə vəsiqə qazanıblar. Turnirə fevralın 10-da yekun vurulacaq.

Əvvəlki məqalə

Ukrayna və ABŞ hərbi yardıma nəzarətlə bağlı Memorandum imzalayıb

Sonrakı məqalə

Məktəblərdə qış tətili başa çatıb