“İran nüvə silahı yaratmağa həmişəkindən daha yaxındır”- BLİNKEN

“İran nüvə proqramını sürətləndirib və nüvə silahı hazırlamağa yaxındır”.

Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Biz son həftələrdə və aylarda gördük ki, İran həqiqətən də nüvə silahı üçün yanacaq kimi istifadə oluna biləcək parçalanan materialların hazırlanmasında irəliləyiş əldə edir”, – Blinken bildirib.

Eyni zamanda, Blinken İranın nüvə sazişindən çıxmasında ABŞ-ın keçmiş prezidenti Donald Trampı günahlandırıb.

Onun sözlərinə görə, İran özü hələ silahı yaratmayıb, lakin müvafiq materialı partlayıcı qurğu ilə birləşdirə və nüvə silahı əldə edə bilər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.