İran prezidentinin qəzaya uğradığı helikopterin axtarışları davam edir-VİDEO

İRNA Agentliyinin məlumatına örə, İran prezidenti İbrahim Rəisi və yüksək vəzifəli məmurları daşıyan helikopter İranın şimal-qərbində qəzaya uğrayıb, mümkün xəsarət və dağıntılar barədə hələlik məlumat yoxdur.

Prezident Rəisi bazar günü İranın Azərbaycanla sərhədində bəndin açılış mərasimindən qayıdarkən onun vertolyotu Varzakan bölgəsinə eniş edərkən qəzaya uğrayıb.

 

17.43

Mehr Agentliyinin məlumatına görə, xilasetmə və axtarış qrupu helikopterin sərt eniş yerinə çatmaqda çətinlik çəkir.

Daxili işlər naziri Əhməd Vahidi milli televiziyaya prezident karvanındakı helikopterlərdən birinin sərt eniş etdiyini təsdiqləyib.

17.52

İRNA Agentliyi bildirir ki, kəskin hava şəraiti və qatı duman xilasetmə qruplarının işinə mane olur.

İRNA müxbirinin əldə etdiyi məlumata görə, xilasedicilərə hadisə barədə məlumat verildikdən təxminən bir saat sonra xilasetmə qrupları elan edilən yerə gəlib və axtarışlara başlanılıb.

Bu əraziyə 16 xilasetmə qrupu göndərilib.

18.07

Daxili işlər naziri Əhməd Vahidi milli televiziyaya prezident karvanındakı helikopterlərdən birinin sərt eniş etdiyini təsdiqləyib.

“Müxtəlif xilasetmə qrupları hadisə yerinə tərəf hərəkət edir, lakin duman və pis hava şəraiti səbəbindən əraziyə çatmaq bir qədər vaxt ala bilər. İşlər nəzarət altındadır”, – Vahidi bildirib.

“Prezidentin yoldaşları ilə təmaslar olub. Lakin ərazinin dağlıq olduğunu və əlaqə yaratmaq çətin olduğunu nəzərə alsaq, ümid edirik ki, xilasetmə qrupları hadisə yerinə daha tez çatacaq və bizə daha çox məlumat verəcək”, – nazir əlavə edib.

Yerli İran mediası Vərzəqan bölgəsində güclü yağışın yağdığını və qatı dumanda xilasedicilərin və axtarış sistemlərinin hərəkətinin çətinləşdiyini yazır.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.