Misir tarixi məkanlarına onlayn turlar təşkil edir

Misirin tarixi və mədəni irsini müdafiə edən və qoruyan Antik İşlər Nazirliyi sərdabələrə və ölkənin digər məşhur görməli yerlərinə pulsuz onlayn səyahətlərin təşkilinə başlayıb.

“Report” xəbər verir ki, Nazirlik turlara keçidlər üzrə linkləri #StayHome həştəqləri ilə əlavə edilməklə sosial şəbəkələrdə paylaşır.

Virtual turlar məkanların çoxlu sayda şəkildən ibarət 3D-modellərini əks etdirir. Görməli yerləri “Google” xəritələrində küçələri gəzirmiş kimi izləmək mümkündür. Məkanların virtual nüsxəsində sərbəst şəkildə hərəkət etmə, kameranı yaxınlaşdırmaq və ən kiçik detallara belə baxmaq imkanı var.

Artıq səkkiz məkan ziyarət üçün əlçatandır:

Fironlar V Ramzes və VI Ramzesin sərdabələri

Kom El Şokafa katakombaları

Beni Hasan nekropolu

Ben Ezra sinaqoqu

Sultan Bərkük məscid-mədrəsəsi

Qırmızı monastır

Çariça III Meresanhın sərdabəsi

Menna sərdabəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran rəsmisi:

Sonrakı məqalə

Azərbaycanda daha 56 nəfər koronavirusa yoluxub, 53 nəfər sağalıb