Rusiya və Çin Hörmüz boğazından keçmək üçün əlverişli şəraitdən yararlanacaqlar.
Azpost.info bildirir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi RİA Novosti agentliyinə deyib.
“Çin və Rusiya da daxil olmaqla, bizim üçün strateji əhəmiyyət kəsb edən dövlətlər Hörmüz boğazı ilə bağlı məsələlərdə xüsusi münasibət və əlverişli şərtlərdən yararlanmağa davam edəcəklər”deyə o vurğulayıb.
Agentliyin mənbəyi vurğulayıb ki, həm Moskva, həm də Pekin həmişə Tehranı dəstəkləyib və əməkdaşlıq edib, ən çətin dövrlərdə yaxın olublar. Buna görə də Hörmüz boğazından gəmiçilik və tranzit təşkil edərkən hər iki ölkəyə xüsusi diqqət yetiriləcək. Parlament üzvü izah edib ki, bu, həm ticarət gəmilərinə, həm də tankerlərə aiddir.
“Hörmüz boğazı bizim üçün xüsusi geosiyasi əhəmiyyətə malikdir. O, ərazi sularımızın və coğrafiyamızın bir hissəsidir, ona görə də İranın bununla bağlı zəruri hesab etdiyi istənilən qərarı vermək hüququ var və heç kim bu hüququ şübhə altına ala bilməz”.