İran Rusiyaya yaxın mənzilli ballistik raketlər göndərməyə hazırlaşır- “Reuters”

Tehran yaxın vaxtlarda Ukraynadakı müharibədə istifadə üçün Moskvaya 120 km-ə qədər mənzilli “Fath-360” ballistik raketləri verməyə hazırlaşır.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” Avropa kəşfiyyatındakı mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, onlarla rusiyalı hərbçi hazırda İranda bu silah növündən istifadə üzrə təlim keçir.
Avropa kəşfiyyatında həmçinin məlumat var ki, ötən ilin dekabrında Rusiya Müdafiə Nazirliyinin nümayəndələri

İranla maksimum uçuş məsafəsi 86 kilometr olan “Ababil” ballistik raketlərinin tədarükünə dair müqavilə imzalayıblar.

Moskvanın öz ballistik raketləri var, lakin İranın raket tədarükü Rusiya ordusuna öz arsenalının böyük hissəsini cəbhə xəttinin arxasındakı hədəfləri vurmaq üçün istifadə etməyə imkan verəcək.

Eyni zamanda İran raketlərindən daha yaxın məsafədəki hədəfləri vurmaq üçün istifadə ediləcək.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.