İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi –"İran İsrailə qarşı əməliyyatı başa çatdırıb"

İran İsrailə qarşı əməliyyatı başa çatdırıb.

Azpost.info İRNA-ya istinadən bildirir ki,  bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bildirib.

Bununla belə, Məhəmməd Baqiri növbəti addımlara hazır olduqlarını söyləyib: “Bizim nöqteyi-nəzərdən əməliyyat başa çatıb. Əməliyyat tamamilə uğurlu olub. Ancaq İran Silahlı Qüvvələri zərurət yarandığı halda hərəkətə keçməyə hazırdır”.

“Əgər İsrail cavab versə, bizim növbəti əməliyyatımız daha geniş olacaq”-deyə Baqiri bildirib.

“Biz İsveçrə səfirliyi vasitəsilə ABŞ-a mesaj verdik ki, əgər onlar İsrailin növbəti mümkün hərəkətlərində iştirak etsələr, onların bazaları təhlükəsiz olmayacaq və biz də onlara qarşı tədbir görəcəyik”.

Əvvəlki məqalə

İranın bir neçə raketi İsrailin hərbi bazasına və Fələstinə düşüb

Sonrakı məqalə

İran ABŞ-a xəbərdarlıq edib