İran Trampın inauqurasiyasına qədər İsrailə cavab zərbəsi endirmək istəyir

İranın İsrailə cavab zərvbəsi BŞ-ın seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə (2025-ci il yanvarın 20-nə) qədər baş tuta bilər.

Azpost.info xəbər verir ki, bu barədə Küveytin “Əl-Cərida” qəzeti İran Ali Milli Təhlükəsizlik Şurasındakı mənbəyə istinadən yazıb.

Mənbənin məlumatına görə, ölkənin ali dini lideri Ayətullah Əli Xamneyinin ofisinə, Milli Təhlükəsizlik Şurasına və İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinə daxil olan bir neçə yüksək rütbəli iranlı siyasətçi, eləcə də, İslam Respublikası Silahlı Qüvvələri Tramp hakimiyyətə gəlməmişdən əvvəl zərbə endirilməsinin tərəfdarıdır.

Onların qənaətinə görə, belə bir addım Tramp komandası ilə danışıqlarda Tehranın mövqeyini gücləndirəcək. Mənbə onu da qeyd edir ki, İsrailə İran ərazisinə hücumlar həyata keçirməyə imkan verən ABŞ-ın indiki prezidenti Co Baydenin administrasiyası olub və buna görə də hakimiyyət yeni administrasiyaya keçməzdən əvvəl onunla hesablaşmaq lazımdır.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda dənizdə ilk külək stansiyalarının inşası ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Sonrakı məqalə

Milli Məclisin sədri Tereza Mey ilə görüşüb