İrana qarşı sanksiyalar ləğv edilmədən İqlim Konvensiyasına əməl olunacağını gözləməyə dəyməz- Ənsari

İrana qarşı ədalətsiz sanksiyalar yeni texnologiyalara, sənayenin modernləşdirilməsinə, maliyyə resurslarına və xarici investisiyalara çıxışı əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

Bunu Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edən İranın vitse-prezidenti Şina Ənsari deyib.

“İrana qarşı sanksiyalar tam aradan qaldırılmayana qədər COP Konvensiyasının prinsip və məqsədlərinə əməl olunmasını gözləmək məqsədəuyğun və ağlabatan deyil”, – o deyib(report).

Əvvəlki məqalə

Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

Sonrakı məqalə

İƏT-in Baş katibi Azərbaycana səfərə gəlib