İranda 6 bal gücündə zəlzələ olub –4 nəfər ölüb, 19 nəfər yaralanıb

İranın cənubunda baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində 4 nəfər həlak olub, 19 nəfər isə xəsarət alıb.

“İRNA” xəbər verir ki, bunu Hörmüzgan əyalətinin qubernatoru Mehdi Dosti deyib.

Onun sözlərinə görə, xəsarət alanlar Bəndər Hamir və Bəndər Lenge rayonlarının xəstəxanaların yerləşdiriliblər.

Qubernator qeyd edib ki, zəlzələ bir sıra fəsadlar törədib. Bununla əlaqədar Qırmızı Aypara cəmiyyəti təcili yardım düşərgələri təşkil edir.

M.Dosti sakinləri zəlzələ baş verən regionlara getməməyi xahiş edib.

Xatırladaq ki, İranın cənubunda 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Bəndər Abbas şəhərindən 101 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Əvvəlki məqalə

Alla Puqaçova uşaqları ilə birlikdə Latviyaya gəlib

Sonrakı məqalə

Azərbaycan nefti bahalaşıb