İranın Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Səid Cəlili prezidentliyə namizədliyini irəli sürüb.
Azpost.info İRNA-ya istinadən bildirir ki, S.Cəlili bu gün müvafiq sənədləri Daxili İşlər Nazrliyinə təqdim edib.
S.Cəlili İranda mühafizəkarlar qanadının aparıcı simalarından sayılır.
O, sabiq prezident Mahmud Əhmədinejadın dövründə- 2007-2013-cü illər arasında Ali Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsini icra edib.
Cəlili həmin vaxt İranın nüvə danışıqlarında əsas adam olub.
Xatırladaq ki, Prezident Rəisi mayın 19-da helikopter qəzasında həlak olub.
Mayın 20-də İranda prezident seçkilərinin iyunun 28-də keçirilməsi qərara alınıb.
Seçkilərdə namizəd olmaq istəyənlər mayın 30-dan başlayaraq 5 gün müddətində Daxili İşlər Nazirliyinə müraciət etməlidirlər.