İranda terrorçular polis məntəqələrinə və hərbi bazalara hücum edib –10 nəfər ölüb

İranın cənub-şərqindəki Sistan və Bələcistan əyalətinin Rask və Çabahar şəhərlərində iki polis məntəqəsinə hücum edilib.

Bu barədə IRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, hücum edənlər “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvləri olublar.

Sistan və Bəlucistan vilayətinin Çabahar və Rask şəhərlərində törədilən terror aktlarında 5 terrorçu zərərsizləşdirilib, 5 təhlükəsizlik qüvvəsinin əməkdaşı isə həlak olub.

Bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Terrorçularla qarşıdurmada Çabaharda bir əsgər, bir Bəsic təhlükəsizlik qüvvəsinin əməkdaşı, bir mühafizəçi və iki polis ölüb.

Ölənlər arasında Çabahar şəhərinin polis bölməsinin rəis müavini də var.

İndiyədək beş terrorçunun öldürüldüyü təsdiqlənib.

Hazırda Sərbaz, Rask və Çabahar şəhərlərində qarşıdurmalar davam edir və terrorçular təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən tamamilə mühasirəyə alınıb.

Əvvəlki məqalə

Xarici İşlər Nazirliyi bəyanat yayıb

Sonrakı məqalə

Rusiya İran PUA-ları ilə Xarkova zərbə endirib –