Bu gün yerli vaxtla 09:18-də İran ərazisində maqnitudası 5.1 olan zəlzələ baş verib.
AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumata görə, zəlzələ Azərbaycanın həmsərhəd rayonlarında və ona yaxın ərazilərdə 5-3 bala qədər hiss olunub.
09:18-də baş verən 5.1 maqnitudalı zəlzələ sərhəd rayonlarında – Yardımlı, Lerik, Lənkəran, Saatlı, Ağdamda hiss olunub.