İranın ən yeni hərbi gəmilərindən biri təmir işləri apararkən limanda çevrilib.
Azpost.info İRNA-ya istinadən bildirir ki, Bəndər -Abbas limanında dayanan 95 metr uzunluğundakı “Səhənd” freqatı çənlərinə su sızması səbəbindən müvazinətini itirib.
Dəniz analitikinin sözlərinə görə, bu insident gəminin əsas döyüş sistemlərinə zərər verə və gəmini altı aya qədər sıradan çıxara bilər.
“Tasnim” xəbər agentliyinin yaydığı fotoda təxminən 2000 tonluq döyüş gəmisinin Bəndər Abbas limanında sol tərəfə uzandığını görünür.
Gəmi 2018-ci ilin dekabrında xidmətə qəbul edilib. Gəmi İran donanmasının gəmi əleyhinə qanadlı raketlər və elektron döyüş sistemi ilə təchiz edilmiş ən böyük gəmilərindən biridir.