İranla birgə təlimlərdə iştirak edən heyətimiz Vətənə qayıdıb

Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində keçirilən “AZIREX-2024” birgə taktiki təlimində iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup şəxsi heyəti və gəmisi Vətənə qayıdıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Dənizdə axtarış-xilasetmə” birgə taktiki təliminə Azərbaycan HDQ-nin 2 vahid gəmisi və 100-dən çox şəxsi heyəti qatılıb.

Əvvəlki məqalə

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis bölməsində olub

Sonrakı məqalə

COP29 və bayram günləri ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək