İraq Kürdüstanın Prezidenti Bərzani bu gün İrana səfər edəcək

İraq Kürdüstan regionunun Prezidenti Neçirvan Bərzani bu gün İrana səfər edəcək.

Bu barədə Tasnim məlumat yayıb.

Bərzani İranın Ali Rəhbəri Seyid Əli Xamenei, İran Prezidenti İbrahim Rəisi və bir sıra digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirəcək.

Bərzani sonuncu dəfə 2021-ci ilin avqustunda Rəisinin andiçmə mərasimində iştirak etmək üçün İrana səfər edib.

Əvvəlki məqalə

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Sonrakı məqalə

Mehriban Əliyeva xristian icmasının Pasxa bayramını təbrik edib