İri rus şirkətləri kütləvi şəkildə Kiprdən gedir

İri rus şirkətləri kütləvi şəkildə Cənubi Kiprdən gedir.

Azpost.info xəbər verir ki, bu barədə “Phileleftheros” qəzeti yazır.

Nəşr qeyd edir ki, artıq 10-dan çox şirkət Kipri həmişəlik tərk edib ki, bu da ölkənin maliyyə xidmətləri sektoruna mənfi təsir göstərəcək.

Onların arasında mağazalar şəbəkəsi, dəmir yolu avadanlıqları istehsalçısı, onlayn pərakəndə satış və proqram təminatı istehsalçısı da var.

“Rusiya nəhəngləri kütləvi şəkildə gedir. 10-dan çox şirkət Kipri həmişəlik tərk edib”, – məlumatda deyilir.

O da qeyd olunur ki, Kipri özlərinə baza seçmiş rus şirkətlərinin kütləvi gedişi davam edəcək. Yaxın vaxtlarda bu şirkətlərin sayının artacağı bildirirlir.

Azpost.info

 

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.