İş yerində həmkarlarla lağ-lağı və zarafat sağlamlığa xeyirdir –Psixoloq alimlərin ARAŞDIRMASI

İş yerində həmkarlarla zarafatlaşmaq, əylənmək sağlamlıq üçün faydalıdır. 

Azpost.info bildirir ki, belə qənaətə  Almaniyanın Otto Beysxam menecment Məktəbinin və İrlandiyanın Triniti biznes Məktəbinin psixoloqları gəliblər. Onlar bildirirlər ki, belə zarafatlaşma stressin səviyyəsini aşağı salır.

Alimlər belə zarafatlaşmağa qısa gülməli video yaxud zarafatyana, lağ-lağı söhbətləri daxil ediblər. Adətən belə hesab olunurdu ki, bu cür əyləncələr içilərin diqqətini işdən ayırır. Amma məlum olub ki, bu işə daha yaradıcı yanaşmağa kömək edir.

Tədqiqatda ofislərdə çalışan 85 könüllü iştirak edib. Onlar üzərində 12 gün ərzində müşahidə aparıblar. Hər gün alimlər onlara gülməli video yaxud foto göndərir, sonra onların stress səviyyəsini ölçür, işdə effektivliyini qiymətləndiriblər.

“Burada pozitiv əhval çıxış edir. Müsbət emosiyalar əməkdaşlara öz resurslarından daha səmərəli istifadə etməyə imkan verir. Bu isə iş gününün sonuna qədər yaxşı tempi saxlayır”-deyə alimlər Work & Stress” jurnalında dərc etdirdikləri məqalədə bildiriblər.

 

Əvvəlki məqalə

“ABŞ Ukraynada enerji infrastrukturunun bərpası üçün işçi qrup yaradır”

Sonrakı məqalə

Sabah hava necə olacaq?