İsa Qəmbər seçki mesajı verdi, Kirov adına ADU-nun 40 il əvvəlki  diplomunu paylaşdı:“Bizimdir, bizim olacaq!”

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər 40 il əvvəl bitirdiyi Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin diplomunun fotosunu paylaşıb.

Azpost.info bildirir ki, İsa Qəmbər 2020-ci ilin fevralında keçiriləcək  parlament seçkilərində iştirakla bağlı hazırlaşdığını yazıb: “Seçkiyə hazırlıqla bağlı sənədlərimə baxırdım. Yadıma düşdü ki, bu il (2019) yalnız Bakı Dövlət Universitetinin yaradılmasının (1919) 100-cü ildönümü deyil, həm də mənim bu universiteti bitirməyimin (1979) 40-cı ildönümüdür. M. Ə. Rəsulzadə adına BDU bizimdir, bizim olacaq!”.

Sənəddə İsa Qəmbərin BDU-nu 1979-cu ildə Fərqlənmə  diplomu ilə bitirdiyi qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya, Türkiyə və İran birgə bəyanat yaydı

Sonrakı məqalə

“Artıq hər dairə üzrə imza toplamaq üçün 10 nəfər müəyyənləşib”