İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı qaldırıldı –

VİDEO
20 Oktyabr 2020 - 15:48

İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı qaldırılıb.

 Azərbaycan bayrağını Zəngilanda qaldıran hərbçilərimiz oradan Azərbaycan Prezidentinə məruzə ediblər.

“Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan!

Əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hal-hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”, – deyə müraciətdə bildirilib.