Cənubi Qafqazda artıq yeni reallıqlar yaranıb –- İLHAM ƏLİYEV

Cənubi Qafqaz regionunda artıq yeni reallıqlar yaranıb.

Bu barədə Prezident İlham Əliyev bu gün ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edərkən bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, regionda baş vermiş son hadisələr Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalı və hərbi təcavüzü kontekstində nəzərdə keçirilməlidir. Bu işğal və təcavüzün nəticələrinə baxılmadan regionun gələcəyi ilə bağlı baxışların irəli sürülməsi düzgün yanaşma olmaz.

Prezident İlham Əliyev bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını əbədiləşdirməyə çalışırdı. İşğal dövründə həyata keçirilmiş vasitəçilik missiyaları tamamilə uğursuz olub, işğal və təcavüzün nəticələrini aradan qaldırmayıb.

Əvvəlki məqalə

“Proqnozdan əlavə 1,1 milyard manata yaxın vergi toplanıb”

Sonrakı məqalə

Ermənistan Şərqi Zəngəzurla bağlı öhdəliklərini yerinə yetirmədi