İsmayıllıda 20 yaşlı gənc məktəb şagirdinə 5 bıçaq zərbəsi vurub

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.

İsmayıllı rayonunun Xanagah kənd sakini, 2003-cü il təvəllüdlü Hafiz Nəbiyev şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı həmkəndlisi, Xanagah kənd tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Fətəliyev Nihat Mübariz oğlunu bıçaqlayıb.

Onların arasında mübahisə və bıçaqlanma hadisəsi kənd yolunda baş verib. Döş qəfəsindən və bədənin digər 4 nahiyyəsindən bıçaq xəsarətləri alan Nihat Fətəliyev təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan şagirdin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən Hafiz Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb, məhkəmə-tibbi ekspertizası təyin olunub. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar davam etdirilir. (APA)

Əvvəlki məqalə

Bayden ikinci dəfə prezidentliyə namizəd olacaq

Sonrakı məqalə

ABŞ bu həftə İran rəsmilərinə sanksiyalar tətbiq edəcək