İspaniyada cinayətlərin 15 faizi kibercinayətkarlıq sahəsində törədilib

İspaniyada cinayətlərin 15 faizi kibercinayətkarlıq sahəsində törədilib.

AZƏRTAC xəbər verir ki, bu rəqəmin durmadan artması səbəbindən milli polis 2019-2021-ci illər ərzində bu sahədə ümumilikdə 1033 araşdırma aparıb, nəticədə 2535 nəfər saxlanılıb.

İspaniya polisinin baş direktoru Fransisko Pardonun sözlərinə görə, bu gün internet fırıldaqlarının qurbanı olmaq şansı küçədəki soyğunçuluqdan daha çoxdur. Mütəşəkkil cinayətkarlıq getdikcə daha çox virtual şəbəkələrdə fəaliyyət göstərir və fiziki cinayətlə müqayisədə kibercinayətlərin artması tendensiyası müşahidə olunur.

Fransisko Pardo xəbərdarlıq edib ki, kibercinayətkarlıq artıq dünyada fahişəlikdən və narkotik vasitələrin qanunsuz dövriyyəsindən sonra üçüncü ən gəlirli cinayət fəaliyyətinə çevrilib. Ona görə də onunla mübarizə milli polisin mütəşəkkil cinayətkarlıqla mübarizədə prioritet istiqamətlərindən biridir.

Əvvəlki məqalə

32 dövlət əmlakı hərraca çıxarılacaq

Sonrakı məqalə

Yasamaldakı yanğında 7 nəfər xilas edilib –