İsrail azad edəcəyi 95 fələstinli məhbusun adını açıqlayıb

İsrail
israil

İsrail hökuməti azad edəcəyi 95 fələstinli məhbusun adını açıqlayıb. İsrail Ədliyyə Nazirliyi razılaşmanın birinci mərhələsində İsrail həbsxanalarından azad ediləcək 95 fələstinli məhbusun adlarının siyahısını açıqlayıb.

AzPost APA -ya istinadla xəbər verir ki, bu barədə İsrail Ədliyyə Nazirliyinin saytında məlumat yayılıb.

“Bu tam siyahı deyil və yalnız birinci mərhələyə aiddir. Tam siyahı hökumət sazişi təsdiqlədikdən sonra açıqlanacaq”, – məlumatda deyilir.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.