İsrail Beyruta zərbə endirib, “Hizbullah”ın hərbi komandirləri həlak olub-VİDEO

Livanın Beyrutunda silsilə güclü partlayışlar baş verib. İsrail Hərbi Hava Qüvvələri şəhərin cənub hissəsinə hücum edib.

İsrail ordusunun məlumatına görə, Hizbullah raket bölməsinin komandiri Məhəmməd Əli İsmayıl, onun müavini Hüseyn Əhməd İsmayıl və digər komandirlər öldürülüb.

Hücumdan əvvəl İsrail Beyrutun iki məhəlləsinin sakinlərini dərhal təhlükəsiz yerə getməyə çağırıb. İsrail əsgərləri orada Livan qrupunun hərbi obyektlərinin olduğunu və onlara hücum ediləcəyini iddia edib. Öz növbəsində Hizbullah Beyrut ətrafında İsrailin hədəf aldığı binalarda sursatların olmasını yalan adlandırıb.

Yerli media xəbər verir ki, İsrail döyüş təyyarələrindən zərbələr endirməklə yanaşı, şəhəri döyüş gəmilərindən də hədəf alır. Hazırda ölən mülki şəxslərlə bağlı dəqiq məlumat yoxdur.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.