İsrail İranın “atom bombasının atası”nı 27 ildir izləyib

İranın “atom bombasının atası” adlandırılan Möhsün Fəxrizadəni İsrailin MOSSAD təhlükəsizlik orqanı 1993-cü ildən izləyirmiş.

“Newsru.co” xəbər verir ki, bu barədə “Ediot Ahronot” və “Maan” agentlikləri bildirib.

Məlumata görə, MOSSAD-ın agenti İranın hərbi nüvə layihəsi barədə ətraflı məlumat əldə etmək üçün 27 il öncə Fəxrizadə ilə əlaqə qurub.

Bir müddət əvvəl onun hələ 2008-ci ildə, İsrailin keçmiş baş naziri Ehud Olmert müdafiə naziri olduğu zaman öldürülməsinin planlaşdırıldığı barədə məlumat yayılmışdı. Məlumata görə, onda bu əməliyyat ləğv edilib.

Xatırladaq ki, Möhsün Fəxrizadə 2020-ci il noyabrın 27-də Tehran yaxınlığında öldürülüb.

Möhsün Fəxrizadə Mahabadi 1958-ci ildə anadan olub. İran İslam İnqilabı Keşikçiləri Korpusunun zabiti olub, İmam Hüseyn adına Universitetdə fizikanı tədris edib. BMT Təhlükəsizlik Şurasının məlumatına əsasən, Möhsün Fəxrizadə İranın Müdafiə Nazirliyi, Silahlı Qüvvələrinin Fizika Mərkəzinin baş elmi işçisi olub.

Fəxrizadə ballistik raketlər üçün nüvə başlığı hazırlayan “Amad” adlı məxfi layihəyə başçılıq edirmiş.

Son 5 ildə İranda 5 atom fiziki öldürülüb. İran hakimiyyəti onları da İsrail və ABŞ-ın qətlə yetirdiyini iddia edib. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Proses belə davam etsə bu Ermənistan dövlətçiliyinin sonu olacaq” –

Sonrakı məqalə

COVID-19 peyvəndinin istehsalında problemlər yaranıb