“Proses belə davam etsə bu Ermənistan dövlətçiliyinin sonu olacaq” –Ter-Petrosyan siyasi böhrandan qorxuya düşüb

“Ermənistanın ilk prezidenti Levon Ter-Petosyan hakimiyyət uğrunda mübarizənin getdikcə böyüməsindən dərin narahatlığını bildirir”.

APA “politik.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Konqresinin sözçüsü Arman Musinyan “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, bu, münaqişə tərəflərinin iradəsinə zidd olaraq, təsadüfən şiddət və ya təxribat yolu ilə vətəndaş müharibəsinə səbəb ola bilər: “Ter-Petosyan hesab edir ki, mövcud prosesin belə davam etməsi yalnız Qarabağın deyil, həm də Ermənistan dövlətçiliyinin sonu olacaq. Eyni zamanda, ilk prezident ümid edir ki, N. Paşinyan və bu təhlükənin tam fərqində olan Vazgen Manukyan hadisələrin gedişatından çəkinmək üçün hər cür səy göstərəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Parisdə talanlar başlayıb –

Sonrakı məqalə

İsrail İranın “atom bombasının atası”nı 27 ildir izləyib