“İsrail İranın nüvə obyektlərinə zərbələr endirməlidir”- Naftali Bennet

İsrail Müdafiə Qüvvələri İranın nüvə obyektlərinə zərbələr endirməlidir.

Azpost.info xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Naftali Bennet “The Wall Street Journal”a müsahibəsində deyib.

Onun fikrincə, Təl-Əviv neft sənayesi obyektlərinə də hücum etməlidir.

“Hizbullah” və HƏMAS müvəqqəti olaraq iflic vəziyyətindədir, İran isə həssas durumdadır. İndi onlar çılpaqdırlar, özlərini müdafiə etməyə imkanları yoxdur. İsrail Yaxın Şərqin simasını dəyişmək üçün son 50 ildə ən böyük fürsətə sahibdir… İndi səkkizayağın başına vurmağın vaxtıdır, əks halda dirçələ bilər”, – o bildirib.

Azpost.info

Əvvəlki məqalə

Rusiyada Musiqili Teatrın binası yandı –

Sonrakı məqalə

İranda aviareyslərə qoyulan qadağanı aradan qaldırılıb