İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır –Netanyahu

Livanda “Hizbullah” hərəkatının komandirlərindən birinin məhv edildiyi hücumdan sonra İsrail hər tərəfdən özünə qarşı təhdidlər qeydə alır və istənilən təcavüzə sərt cavab verməyə hazırdır.

APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu həmvətənlərinə televiziya ilə müraciətində bildirib.

“İsrail vətəndaşları, bizi çətin günlər gözləyir. Beyrutdakı hücumdan bəri müxtəlif tərəfdən təhdidlər eşidirik. İstənilən ssenariyə hazırıq, həmrəy olacağıq və istənilən təhlükəyə qətiyyətlə qarşı çıxacağıq. İsrail istənilən istiqamətdən, istənilən təcavüzün cavabını verəcək”, – deyə o bildirib.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.