İsrail Livanın cənubundakı yaşayış məntəqəsinin kənarına zərbələr endirib.
Azpost.info xəbər verir ki, bundan əvvəl yerli media Livan ərazisindən İsrailin şimalına onlarla raket atıldığı barədə məlumat vermişdi.
İsrailin Livandan atəşə tutulması xəbərindən sonra Baş nazir Binyamin Netanyahu hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə operativ iclas keçirib. Ölkənin şimalındakı vəziyyətlə əlaqədar Təl-Əvivdəki Ben Qurion Beynəlxalq Hava Limanı təyyarələrin xidmətini dayandırıb.
Aprelin 6-da İsrailin şimalında, Livanla sərhədə yaxın Şlomi və Betset kəndlərində həyəcan sirenləri səslənib. Daha sonra İsrail ordusu Livan ərazisindən atəş açıldığını və bir raketin hava hücumundan müdafiə qüvvələri tərəfindən tutulduğunu bildirib.
Azpost.info