İsrail ordusu Qəzzadakı qaçqın düşərgəsinə zərbələr endirib- Ölənlər var

İsrail ordusu Qəzzadakı Əl-Cəbəliyə qaçqın düşərgəsinə zərbələr endirib.

Azpost.info xəbər verir ki, WAFA-nın məlumatına görə, hücum nəticəsində onlarla fələstinli həlak olub.

Düşərgədəki yaşayış obyektinə 10-dan çox raket atıldığı deyilir.

“İsrailin Əl-Cəbəliyə qaçqın düşərgəsində yaşayış binalarını hədəf alan zərbələri nəticəsində onlarla Fələstin vətəndaşının həlak olduğu, bir neçəsinin isə yaralandığı bildirilir”, – məlumatda qeyd edilir.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanın valyuta ehtiyatları 66,4 milyard manat təşkil edib

Sonrakı məqalə

Müəllimlər əlavələri oktyabr maaşında alacaqlar