İsrail qırıcıları “Hizbullah”ın 200 hədəfinə zərbələr endirib

Son 24 saat ərzində İsrail aviasiyası və artilleriyası Livanda “Hizbullah” ilə əlaqəli 200-ə yaxın obyektə zərbələr endirib.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Hədəflər arasında Livan-Suriya sərhədində silahların saxlanıldığı yeraltı obyekt, eləcə də cənubda və Livanın dərinliklərində onlarla reaktiv yaylım atəşi sistemi və yer-yer raketləri olub.

Əvvəlki məqalə

Almaniya miqrasiya siyasətini sərtləşdirir

Sonrakı məqalə

Layihə çərçivəsində seminar keçirilib –