İsrail Qəzzada radikallar tərəfindən saxlanılan bütün girovların qaytarılması ilə bağlı danışıqların davam etdirilməsində maraqlıdır.
Azpost.info xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahunun müşaviri Dmitri Gendelman bildirib.
“İsrail Qəzzada HƏMAS terrorçuları tərəfindən saxlanılan oğurlanmış 115 vətəndaşımızın hamısının qaytarılması üçün danışıqların davam etdirilməsində maraqlıdır”, – o qeyd edib.
Azpost.info