İsrail ordusu Qəzzadakı “Əl-Şifa” xəstəxanasını boşaltmaq üçün bir saat vaxt verib.
Azpost.info xəbər verir ki, bu barədə “Əl-Cəzirə” öz mənbələrinə istinadən yazıb.
SAXAL bəyan edib ki, tibb müəssisəsinin xəstələri və oradakı qaçqınlar atəşə məruz qalma riski ilə əlaqədar binaları tərk etməlidirlər. Ordu hesab edir ki, HƏMAS nümayəndələri öz silahlarını və qərargahlarını Qəzzanın sosial infrastrukturunun yeraltı ərazilərində yerləşdirirlər.
Xəstəxananın baş həkimi deyib ki, xəstələr və xəstəxana ərazisində sığınacaq tapanlar arasında HƏMAS döyüşçüləri yoxdur. O bildirib ki, bir saat ərzində insanların hamısını çıxarmaq mümkün deyil. Baş həkimin sözlərinə görə, hazırda minlərlə insan xəstəxanadadır, onların bir çoxunun vəziyyəti ağırdır.
Azpost.info