İsrail üç ölkəyə səfər xəbərdarlığını yeniləyib

İsrailin Milli Təhlükəsizlik Şurası üç ölkəyə səfər xəbərdarlığını yeniləyib.

Maldiv adaları və Ermənistana səyahət xəbərdarlığının səviyyəsi yüksəldilib, Braziliya ilə bağlı xəbərdarlığın səviyyəsi isə azaldılıb.

Məlumatda deyilir ki, Ermənistana səyahət xəbərdarlığı “İsrail vətəndaşları, yəhudilər üçün terrorçu elementlərin təhlükəsi fonunda” 1-ci səviyyədən 2-ci səviyyəyə qaldırılıb.

Səyahət xəbərdarlığı ilə bağlı “Səviyyə 2” səfər edənlərə ehtiyatlı olmağı tövsiyə edir, bu, ölkəni tamamilə tərk etmək çağırışı kimi qiymətləndirilmir(apa).

Əvvəlki məqalə

Azərbaycanda qiymətli metallara dair dövlət standartları qəbul edilib

Sonrakı məqalə

Mərkəzi Bankın sədrinə birinci müavin və müavinlər təyin edilib