İsrail vətəndaşlarını 40-a yaxın ölkəyə səfər etməmək barədə xəbərdarlıq edib

İsrail Milli Təhlükəsizlik Şurası Yaxın Şərqdə son zamanlar artan gərginliyi, həmçinin HƏMAS və “Hizbullah” liderlərinin öldürülməsindən sonra İranın qisas almaq niyyətini nəzərə alaraq, öz vətəndaşlarını 40-a yaxın ölkəyə səfər etməmək barədə xəbərdarlıq edib.

Azpost.info xəbər verir ki, bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının məlumatında deyilir.

“İran tərəfi qisas məqsədilə yəhudilərin xaricdəki hədəflərinə, məsələn, səfirliklər, sinaqoqlar, yəhudi icma mərkəzlərinə hücum edə bilər. Yəhudilərə xaricə səfər planlaşdırarkən İsrailə düşmən münasibəti olan ölkələrin (Livan, İran, Suriya, Yəmən və İraq) və yüksək riskli səyahət xəbərdarlığı altında olan və İsraillə diplomatik əlaqələri olmayan (Əfqanıstan, Liviya, Somali, Pakistan və Əlcəzair) ölkələrin hava məkanına daxil olmayan uçuşları seçmək tövsiyə olunur”, – məlumatda deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.