Qəzza ilə bağlı danışıqlarda vasitəçi ölkələrin nümayəndələrinin Romada bu yaxınlarda keçirilən görüşünün nəticələri İsrailin atəşkəslə bağlı dialoqu təxirə salmaq strategiyasına qayıtdığını göstərir.
Azpost.info xəbər verir ki, bu barədə HƏMAS-ın Teleqram kanalında dərc olunmuş məlumatda deyilir.
“İsrailin hazırkı Baş naziri Benyamin Netanyahu yenidən danışıqları gecikdirmək və ləngitmək, razılığa gəlməkdən yayınmaq və yeni şərtlər və tələblər irəli sürmək strategiyasına qayıdıb”, – məlumatda qeyd olunur.
Azpost.info