“İsrailin “Dəmir Günbəz” adlanan hava hücumundan müdafiə sisteminin şüşədən daha kövrək olduğu ortaya çıxdı”.
Azpost.info xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin həftəlik iclasında deyib.
O qeyd edib ki, bunu oktyabrın 1-də baş verən raket hücumu təsdiq etdi.
Pezeşkian əlavə edib ki, Tehran müharibə axtarmır və istəmir. Eyni zamanda İran ölkənin şərəf və mənafelərini qorumaq üçün silahlı münaqişəyə girməkdən çəkinmir.
Azpost.info