ABŞ prezidenti Co Bayden İsrailin Livanda Hizbullah hərəkatına qarşı mümkün quru hərbi əməliyyatını dəstəkləməyəcəyini bildirib.
Azpost.info bildirir ki, Ağ Evdə jurnalistlərə açıqlama verən Amerika liderindən İsrailin planlarından xəbəri olub-olmadığı soruşulub. “Mən sizin düşündüyünüzdən daha məlumatlıyam. Onlar bunu dayandırsalar, yaxşı olardı. Bizə indi atəşkəs lazımdır”, – deyə o bildirib.