“İsrailin növbəti hədəfi Türkiyədir” –Ərdoğandan gözlənilməz açıqlama

“İsrailin Fələstin torpaqları və Livandakı hərbi əməliyyatları tezliklə Türkiyəyə qədər yayıla bilər”.

Azpost.info bildirir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğan bunu oktyabrın 1-də parlamentin açılışında çıxışı zamanı deyib.

Ərdoğan qeyd edib ki, İsrailin hərəkətləri regionun digər ölkələrinə də yayıla və nəticədə Türkiyəyə də çata bilər.

“Sizə açıq deyirəm, Livandan sonra İsrailin növbəti nəzər saldığı yer bizim vətənimiz olacaq… Netanyahunun arzularına Anadolu da daxildir”, – Ərdoğan bildirib.

Prezident deyib ki, Türkiyə nəyin bahasına olursa olsun, İsrailə qarşı çıxmağa və dünyanı bu nəcib mövqeyə dəvət etməyə davam edəcək.

Ərdoğan Türkiyənin gərginlik şəraitində bitərəf qalmasını müdafiə edənləri də tənqid edib. “Biz bütün bölgəni alova qərq etmək niyyətində olan işğal şəbəkəsi ilə üz-üzəyik. Bu cür kütləvi qətllər şəbəkəsi qarşısında zərrə qədər vicdanı olan heç kim səssiz qala bilməz”, – deyə Ərdoğan bildirib.

“Hitler qarşısında böyüdücü şüşədən görəndə dayandırıldığı kimi, Netanyahu da dayandırılacaq”, o əlavə edib.

Əvvəlki məqalə

“Çin Yaxın Şərqdə münaqişənin genişlənməsinə qarşıdır”

Sonrakı məqalə

Ermənistan Təhlükəsizlik Xidməti müxalifətin mitinqi ilə bağlı çağırış edib