İsrailin təhlükəsizlik naziri istefa verəcəyini bəyan edib

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bəyan edib ki, HƏMAS -la atəşkəs razılaşması Knessetdə ratifikasiya olunarsa istefa verəcək, onun ultra-millətçi “Otzma Yehudit” partiyası koalisiyanı tərk edəcək.

Azpost bildirir ki, Ben-Qvir həmçinin digər koalisiya üzvü, maliyyə naziri Bezalel Smotriçi Netanyahu hökumətini devirmək üçün ona qoşulmağa çağırıb.

Smotriç bildirib ki, onun sağçı “Dini Sionizm” partiyası müharibənin daha böyük güclə, tam qüvvədə və yeni formada yenidən başlaması şərti ilə koalisiyada qalacaq.

“The Washington Post”un mənbələrinə görə Netanyahu Qəzza zolağında hərbi əməliyyatı bərpa edəcəyinə söz verib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.