İstənilən qorxuya, hətta fobiyaya qalib gəlmək olar- MÜTƏXƏSSİS

Mütəxəssislərə görə, istənilən qorxuya qalib gəlmək olar. Hətta qorxunun daha dərin forması olan fobiyaya da.

Azpost.info xəbər verir ki, lakin insanın bu böhranın öhdəsindən təkbaşına gəlməsi çətindir, hətta özü psixoloq olsa belə.

Ona görə də böhran zamanı ən azı bir neçə elmi əsər və ya kitab oxumaq və əgər maddi imkan əl verirsə, psixoloqla əlaqə saxlamağı məsləhət görürlər.

Məsələn, yaşlanmaq qorxusundan bəzi insanların davranışında dəyişiklik yaranır, özlərini yeniyetmələr kimi aparmağa, geyinməyə başlayırlar.

“İnsan anlayır ki, yaşını dəyişmək iqtidarında deyil, ona görə də heç olmasa zahirən daha gənc, müasir görünməyə çalışır. Məsələn, 40-50 yaşlı kişilər bəzən avtomobilini satır və əvəzinə motosiklet alırlar. Bu yolla onlar həyata keçməmiş yeniyetməlik arzularını reallaşdırmağa çalışırlar. Bütün bunlar dəyərlərin yenidən qiymətləndirilməsi nəticəsində baş verir”, – mütəxəssislər deyir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.