İstanbulda metrobus qəzasında 99 nəfər yaralanıb

İstanbulda metrobus qəzası 99 nəfərin yaralanmasına səbəb olub.

Bu barədə NTV məlumat yayıb.

Şəhərin Avcılar məhəlləsindəki dayananacaqda 2 metrobus qarşı-qarşıya toqquşub. Çox sayda insanın xəsarət alması ilə yanaşı xətdə hərəkət də dayandırılıb. Hadisə yerində təcili yardım briqadaları və xilasedicilər işləyir. Qəza digər nəqliyyat vasitələrinin də işinə ciddi təsir edib.

Əvvəlki məqalə

“Ukrayna ordusu Xarkovda 30-dan çox yaşayış məntəqəsini azad edib” –

Sonrakı məqalə

ABŞ Rusiya neftinə qadağa tətbiq etməyə hazırlaşır