İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında böhranın həlli ilə bağlı danışıqların növbəti raundu başa çatıb.

Azpost.info xəbər verir ki, nümayəndə heyətlərinin görüşü üç saata yaxın davam edib. Ukrayna nümayəndə heyətinin üzvü, Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bir sıra mühüm məsələlər üzrə intensiv məsləhətləşmələrin aparıldığını açıqlayıb: “Xüsusilə, nümayəndə heyətləri Ukrayna üçün beynəlxalq təhlükəsizlik təminatları haqqında sazişi müzakirə ediblər”.

Danışıqlarda həmçinin atəşkəs məsələsi və hər iki tərəfdən hərbi əsirlərlə bağlı Cenevrə Konvensiyasının pozulması halları müzakirə edilib.

Əvvəlki məqalə

“Erməni Apostol kilsəsi revanşizm əhvalını alovlandırır” –

Sonrakı məqalə

XİN Ermənistanın sülh danışıqları ilə bağlı bəyanatına münasibət bildirib